İcra hakimiyyətində kütləvi ixtisar - 44 nəfər işsiz qaldı

    Kateqoriya: Gündəm Tarix: 13-03-2026, 10:56 Baxılıb: 7

     

    İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib.

    Xeberal.com Oxu.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

    Məlumata görə, vəzifəsini itirənlərdən 42 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. Digər şəxslər isə Lənkəran Şəhər İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

    Vəzifəsi ləğv edilənlərdən beş nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilib. Qalan 44 nəfər isə işsizdir.

    Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin isə 27 əməkdaşı vəzifələrindən azad ediliblər.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.