Bütün direktorlar işdən çıxarılır - TƏBİB-də "təmizlik"

    Kateqoriya: Gündəm Tarix: 23-04-2026, 13:41 Baxılıb: 2

     

    TƏBİB-in yeni rəhbəri Anar Bayramov qurumun tabeliyində Bakıda yerləşən bütün xəstəxana direktorlarının ərizəsini alıb.

    Xeberal.com Bakupost.az-a istinadən xəbər verir ki, növbəti mərhələdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə tabe olan poliklinikaların baş həkimlərinin, eləcə də regionlardakı xəstəxana direktorlarının da ərizələrinin alınacağı gözlənilir.

    Ərizələri alınan rəhbərlərin heç də hamısı ilə sağollaşılmır. Bəzilərinə başqa vəzifə, yaxud digər tibb müəssisələrində rəhbər postlar təklif olunur. Bu isə onu göstərir ki, Anar Bayramov vəzifəyə yeni təyin olunsa da, vəziyyəti kifayət qədər araşdırıb və özü üçün kimlə işləməyin mümkün olduğunu müəyyənləşdirib.

    İşləyə biləcəyi şəxslərə yeni imkan verilir, işləmək istəmədiyi şəxslərlə isə yollar birdəfəlik ayrılır. Amma bütün hallarda heç kim köhnə yerində saxlanılmır.

    Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı?

    Xəstəxana direktorlarının ard-arda, kütləvi şəkildə işdən çıxarılması xəbərləri ciddi müzakirələrə səbəb olub. Çünki vəzifədən uzaqlaşdırılanlar arasında peşəkar, savadlı, illərlə bu sahədə çalışan, müsbət imici formalaşmış kadrlar da var.

    Amma məsələyə yalnız adlar üzərindən baxmaq düzgün deyil: burada söhbət təkcə kadr dəyişikliyindən getmir, böyük pulların həzm-rabedən keçirildiyi bir mexanizmin sökülməsindən gedir.

    İcbari tibbi sığortaya yığılan vəsaiti “udmuş” şəbəkənin addım-addım dağıdılmasından gedir…

    Səhiyyə tam düzələcəkmi? Sistem şəffaf olacaqmı? Xəstə də, həkim də razı qalacaqmı? Bunu zaman göstərəcək.

    Amma bir məsələ dəqiqdir ki, sığorta pulları əvvəlki kimi bir neçə qrupun cibinə axmayacaq. Bahalı təyinarlar, xəstə alveri, aparat sövdələşmələri, analiz oyunları və müxtəlif “yaradıcı sxemlər” əvvəlki rahatlıqla işləməyəcək…

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.