İlahiyyat İnstitutunda “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirildi

    Kateqoriya: Gündəm Tarix: 14-05-2026, 11:38 Baxılıb: 6

     

    Mayın 14-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib.

    Xeberal.com xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatı,ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.

    Açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır.

    Açıq dərsdə ali təhsil müəssisəsinin İslamşünaslıq ixtisasının I kurs tələbəsiRizvan İbrahimli “Ailə: milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Natavan Həbibova “Ana: dəyərlərin ilk müəllimi və cəmiyyətin görünməyən memarı, İslamşünaslıq ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova “Ata modeli: məsuliyyət, liderlik və mənəvi nümunə, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Seyidəli Rzazadə “Ekranlar arasında itən ünsiyyət: rəqəmsal dövrdə ailə necə qorunur?” mövzularında təqdimatlarla çıxış ediblər.

    Tədbirdə təqdimatlarla çıxış edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.