Baş nazir təhsil müəssisələri ilə bağlı qərar imzaladı

    Kateqoriya: Gündəm Tarix: 3-12-2025, 09:06 Baxılıb: 4

     

    Azərbaycan Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda dəyişiklik edilib.

    Xeberal.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərarla Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq. Həmçinin, təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarət olacaq.

    Eyni zamanda, təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilir:

    - maksimum balın 85-100 faizi - "uyğundur";

    - maksimum balın 70-84 faizi - "əsasən uyğundur";

    - maksimum balın 55-69 faizi - "qismən uyğundur";

    - maksimum balın 54 və daha aşağı faizi - "uyğun deyil.

    Dəyişikliyə əsasən, Akkreditasiya Şurası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edəcək və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq müəyyən edilmiş qərarlardan birini qəbul edəcək.

    Təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiyadan keçməməsi barədə qərarlar qəbul edildikdə nazirlik tərəfindən müəssisənin təhsil fəaliyyətinin və ya təhsil proqramlarının icrasının dayandırılması üçün müvafiq tədbirlər görülməli, təhsil müəssisəsinin yenidən təşkili və ləğvi barədə müvafiq qaydada təkliflər verilməlidir.

    Bundan başqa, təhsil müəssisəsində təhsilalanların nazirlik tərəfindən müəyyən edilən digər təhsil müəssisələrinə köçürülməsi təmin edilir. Agentlik dəymiş ziyanın fəaliyyətinə xitam verilmiş təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırır.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.