İmişlidə yanğın olub, bir nəfər xəsarət alıb.
Xeberal.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41