Yevlax şəhərində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın olub.
Bu barədə Xeberal.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 96 m² olan 2 otaqlı mənzilin eyvanında həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi və sızan qaz yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41