Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə Xeberal.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov