Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Xeberal.com xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.
Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, hazırda digər görüşlər davam edir.
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
20-12-2025, 14:52
17-12-2024, 10:42
24-12-2024, 10:55
3-02-2025, 09:02
15-12-2024, 12:11
14-05-2025, 12:10
31-07-2025, 11:43
22-02-2026, 14:53
25-12-2024, 16:20
5-01-2025, 10:47
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov