Azərbaycan millisinin heyəti açıqlandı

    Kateqoriya: İdman Tarix: 5-04-2026, 12:44 Baxılıb: 2

     

    19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

    Xeberal.com xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq. Yığma B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.

    U-19-a dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq: Nərgiz Ağaliyeva, Yelizaveta Vaysman, Arzu Cəfərova, Mədinə Qədiməliyeva, Arzu Ağaliyeva, Bədriyyə Mavludova (hamısı Şəfa), Firuzə Bayramova, Vahidə Əlipaşayeva (hər ikisi "Dirçəliş"), Mədinə Curuqova, Xanım Əsədova, Məsumə Nəzərli, Ayşən Salamzadə (hamısı "Neftçi"), Səma Əsədova, Aygün Novruzova, Aysu Əsədova (hamısı "Sabah"), Ülviyyə İslamova ("Baku Juniors"), Pərişan Abdullayeva, Ayan Abdiyeva (hər ikisi "Liman")

    11 aprel

    14:00. Xorvatiya (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)

    Baş hakim: Henrikke Nervik (Norveç)

    Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya)

    Dördüncü hakim: Angelika Soeder (Almaniya)

    Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu

    14 aprel

    16:00. Çexiya (U-19, qadınlar) – Azərbaycan (U-19, qadınlar)

    Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)

    Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya)

    Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)

    Luçko stadionu

    17 aprel

    14:00. Azərbaycan (U-19, qadınlar) – Gürcüstan (U-19, qadınlar)

    Baş hakim: Henrikke Nervik (Norveç)

    Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya)

    Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)

    Luçko stadionu

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.