Misli Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Xeberal.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bu, XXVIII turun "Qarabağ" – "Sabah" matçına (0:1) təsadüf edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 338 tamaşaçı izləyib.
Bu oyunadək əvvəlki rekord da eyni komandaların bu arenadakı görüşünə təsadüf edib. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 361 tamaşaçı izləyib.
XXVIII turun oyununda qeydə alınan nəticə həm də son 10 mövsümün ən yüksək göstəricisidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/2016 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən "Kəpəz" – "Qarabağ" oyununa 20 400 nəfər tamaşa edib.
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov