Qurbanov etiraf etdi: "İşlərimiz düz getmir"

    Kateqoriya: İdman Tarix: 3-02-2025, 09:20 Baxılıb: 9

     

    "Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik".


    Xeberal.com sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”yə 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Həmin açıqlamaları təqdim edirik:

    - “Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

    - Bu gün beş əvəzetmə etdiniz. Oyunun gedişatı sizi qane etmirdi?

    - Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur.

    - “Qarabağ”ın ard-arda bu qədər məğlubiyyətlərini xatırlamırıq. Bunun səbəbi nədir?

    - Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah qayıdacağıq.

    - Benzianın ayrılacağı ilə bağlı xəbərlər var. Bunlar nə dərəcədə realdır?

    - Doğru deyil, Benzia komandadadır.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.