"Qarabağ Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.
Xeberal.com-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.
Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
20-12-2025, 14:52
17-12-2024, 10:42
24-12-2024, 10:55
3-02-2025, 09:02
15-12-2024, 12:11
14-05-2025, 12:10
31-07-2025, 11:43
22-02-2026, 14:53
25-12-2024, 16:20
5-01-2025, 10:47
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov