Rəşad Sadıqov "Şamaxı" ilə oyundan DANIŞDI

    Kateqoriya: İdman Tarix: 14-12-2025, 12:20 Baxılıb: 5

     

    Misli Premyer Liqasının XV turunda keçirilmiş "Şamaxı" - "Zirə" oyununda hər iki komanda əzmkar oyun nümayiş etdirib.

    Xeberal.com Report-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov açıqlama verib.

    Mütəxəssis 1:2 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:

    "Gərgin qarşılaşma oldu. Ümumiyyətlə çempionatda heç bir matç rahat keçmir. Hər iki komanda meydanda əzmkar oyun nümayiş etdirdi. Birinci hissə bizim üçün uğurlu oldu, hesabda önə keçdik. Fasilədə danışdıq ki, rəqib ikinci hissənin əvvəlində fəal olacaq, daha diqqətli olmalıyıq. Amma təəssüflər olsun ki, birinci qol rəqibin gözlədiyimiz hücumundan vuruldu. Diqqətsizlik etdik və "Şamaxı" fərqləndi. Daha sonra penalti təyin edildi. İkinci qoldan sonra çoxlu qol epizodlarımız oldu. Belə epizodlar qol olmursa, həmin matçda qalib gəlmək müşkülə çevrilir".

    Sadıqov bu görüşdən nəticələr çıxarıb növbəti qarşılaşmalara köklənəcəklərini söyləyib:

    "Hücum xəttində 4 futbolçunu birdən itirmişik. Bu itkilər bizi çox yordu, bir çox oyunlarda özünü hiss etdirdi. Bu gün 4 hücumameyilli oyunçudan istifadə edə bilmədik. Bu, bizim hücumu gücləndirməyimizə mane olur".

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.