Biləsuvar rayonu, Xırmandalı kəndində bədbəxt hadisə baş verib.
Xeberal.com Baku tv-yə istinadən xəbər verir ki, kənd sakini, 44 yaşlı Ramin Bəşirov əmisi oğlu Cavid Bəşirovla birlikdə mal-qaranı evə qaytarmağa gedərkən yağışa düşüblər. Bu zaman güclü ildırım Ramin Bəşirovu vurub və onu yaxınlıqdakı su arxına atıb. İldırımın təsiri əmisi oğlu Cavid Bəşirova da dəyib.
"Oğlum mal-qaranı asfaltdan keçirəndə birdən-birə ildırım vurub. Qolunu, ayağını yandırıb, özünü də qaldırıb çırpıb yerə" , - deyə zərərçəkənin atası Habil Bəşirov bildirib.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıya zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Ətraflı süjetdə:
12-08-2026, 13:03
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
15-12-2024, 12:11
17-12-2024, 10:42
3-02-2025, 09:02
22-02-2026, 14:53
24-12-2024, 10:55
19-12-2024, 10:41
25-12-2024, 16:20
14-05-2025, 12:10
10-12-2025, 09:46
20-12-2025, 14:52
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov