"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 60-70 yaşınadək karyerasını davam etdirsə belə, yenə öyrənməli olduğunu bildirib.
Xeberal.com Report-a istinadən xəbər verir ki, bunu təcrübəli mütəxəssis Məşqçilərin I Forumunda deyib.
O bu tədbirdə danışmağın məsuliyyətli olduğunu söyləyib:
"Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir".
Q.Qurbanov məşqçiliyə başlamamışdan əvvəl Faiq Qarayevə, onun komandasına azarkeşlik etdiyini söyləyib:
"Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə bir deyim var: komanda qalib gəlibsə, futbolçuların qələbəsidir, uduzubsa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub-saxlamalıyıq".
21-01-2025, 13:17
15-12-2024, 12:14
1-01-2025, 17:37
20-12-2025, 14:52
17-12-2024, 10:42
24-12-2024, 10:55
3-02-2025, 09:02
15-12-2024, 12:11
14-05-2025, 12:10
31-07-2025, 11:43
22-02-2026, 14:53
25-12-2024, 16:20
5-01-2025, 10:47
Tel: 051 486 71 58
Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov