Zamin Abbasov rəhbərlik etdiyi Beyləqan Yol İnşaat Servis MMC vasitəsilə bölgələrdə həyata keçirilən yol və infrastruktur layihələri ilə diqqət çəkən rəhbərlər sırasında göstərilir. Son illər aparılan abadlıq-quruculuq işləri, kəndlərarası yolların yenilənməsi və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər bölgə sakinləri tərəfindən müsbət qarşılanır.
Məlumata görə, rəhbərlik etdiyi kollektivdə operativlik, keyfiyyət və məsuliyyət prinsiplərinə xüsusi önəm verilir. Həyata keçirilən layihələr zamanı müasir standartların tətbiqi və vətəndaş məmnunluğunun ön planda saxlanılması əsas məqsədlərdən biri kimi göstərilir.
Qeyd edilir ki, Zamin Abbasov iş prosesində həm peşəkar idarəçilik, həm də kollektivlə sağlam münasibət qurması ilə seçilir. Yol təsərrüfatının inkişafına yönələn layihələr bölgələrin sosial-iqtisadi inkişafına da öz töhfəsini verir.
Bu gün ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri çərçivəsində bölgələrdə görülən işlər dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri hesab olunur. Bu prosesdə məsuliyyətli və işinə ciddi yanaşan rəhbərlərin fəaliyyəti xüsusi diqqət çəkir.
Xeberal.com
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41