Xeberal.com-a daxil olan video fakt paytaxtın ən mühüm tibb müəssisələrindən biri sayılan Travmatologiya və Ortopediya İnstitutunda ciddi nizam-intizam və nəzarət boşluğunu üzə çıxarır.
Kadrlardan aydın görünür ki, xəstəxananın ən işlək hissəsi – məhz giriş ərazisi siqaret çəkən şəxslərin “toplaşma nöqtəsinə” çevrilib. Daha acınacaqlı məqam isə odur ki, çəkilən siqaretlərin kötükləri yerə atılaraq eyni nöqtədə yığılır. Videoda bir neçə şəxsin açıq şəkildə siqaret çəkdiyi və ətrafın əvvəlcədən atılmış kötüklərlə dolu olduğu da açıq-aydın əks olunur.
Məsələni araşdırarkən ortaya çıxan səbəb isə vəziyyəti daha da düşündürücü edir. Məlumata görə, sözügedən əraziyə zaman-zaman zibil qabı yerləşdirilsə də, sonradan müxtəlif səbəblərlə götürülüb. Nəticədə isə bu hal artıq vərdişə çevrilib – insanlar zibil qabı olmasa belə, siqaret kötüklərini yenə eyni yerə atmağa davam edir.
Bu isə bir neçə ciddi sualı gündəmə gətirir:
Bu qədər strateji əhəmiyyətli tibb müəssisəsində elementar qaydalara niyə nəzarət olunmur?
Xəstələrin və yaxınlarının istifadə etdiyi giriş hissəsinin bu vəziyyətə düşməsi kimlərin məsuliyyətsizliyinin nəticəsidir?
Gigiyena və sanitariya qaydaları bu qədərmi ikinci plana atılıb?
Unutmaq olmaz ki, söhbət adi bir məkandan yox, insanların sağlamlıq ümidi ilə üz tutduğu bir tibb ocağından gedir. Belə bir mühit isə həm estetik baxımdan qəbuledilməzdir, həm də ictimai sağlamlıq prinsiplərinə ziddir.
Xeberal.com olaraq videodan əldə edilən görüntüləri fakt kimi təqdim edəcəyik. Ümid edirik ki, məsul qurumlar məsələni diqqətdə saxlayacaq və bu cür səhlənkarlığa son qoyulacaq.
Əks halda, sual açıq qalır:
Bu qədərmi diqqətsizlik baş verir?
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41