Təhsil cəmiyyətin gələcəyini formalaşdıran ən vacib sahələrdən biridir. Savadlı nəslin yetişməsi, milli-mənəvi dəyərlərə bağlı gənclərin formalaşması və müasir dünyagörüşünə malik şagirdlərin yetişdirilməsi məktəblərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan paytaxtda fəaliyyət göstərən 34 nömrəli tam orta məktəb son illər qazandığı uğurlar və nümunəvi təhsil mühiti ilə diqqət çəkən təhsil ocaqlarından biri hesab olunur.
Məktəbin rəhbəri Nəcibə Axundova uzun illərin pedaqoji təcrübəsinə malik, təhsil sahəsində peşəkarlığı və idarəçilik bacarığı ilə seçilən ziyalı simalardan biri kimi tanınır. Onun rəhbərliyi altında məktəbdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllim-şagird münasibətlərinin sağlam əsaslar üzərində qurulması və vətənpərvər ruhda gənclərin yetişdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Məktəbdə şagirdlərin yalnız dərs göstəricilərinə deyil, onların dünyagörüşünün formalaşdırılmasına, intellektual inkişafına və ictimai fəallığına da xüsusi diqqət ayrıldığı bildirilir. Müxtəlif bilik yarışları, tədbirlər, vətənpərvərlik mövzusunda keçirilən layihələr və sosial fəaliyyətlər məktəbin aktiv təhsil mühitindən xəbər verir.
Valideynlərin fikrincə, məktəbdə yaradılan sağlam nizam-intizam, müəllim kollektivinin peşəkarlığı və rəhbərliyin qayğıkeş münasibəti təhsil mühitinə müsbət təsir göstərən əsas amillərdəndir. Məktəbin müəllim heyəti şagirdlərin bilikli və savadlı yetişməsi üçün böyük əzmkarlıq nümayiş etdirir.
Bu gün Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar ölkənin gələcəyinə hesablanmış mühüm addımlardır. Belə bir dövrdə öz fəaliyyəti ilə seçilən məktəblər və təhsil rəhbərləri cəmiyyət üçün nümunə hesab olunur. Nəcibə Axundovanın rəhbərlik etdiyi 34 nömrəli tam orta məktəb də məhz bu uğurlu təhsil ocaqları sırasında göstərilir.
Xeberal.com olaraq inanırıq ki, təhsilə verilən dəyər gələcəyə qoyulan ən böyük sərmayədir və bu istiqamətdə çalışan müəllimlərin zəhməti hər zaman yüksək qiymətləndirilməlidir.
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41