Binəqədidə qaz mafiyası ifşa edildi: Qəza xidməti ustadı sənədsiz evləri qanunsuz qazlandırır!

    Kateqoriya: Gündəm Tarix: 13-03-2026, 11:02 Baxılıb: 24

    Bakı, Binəqədi 1-ci mədən – Binəqədi qaz idarəsinin qəza xidmətində ustad işləyən Musa Musayev, maklerlərlə əlbir olaraq sənədsiz və ünvansız evləri satış məqsədli gizli qazlaşdırır.

    Araşdırmalar zamanı onunla müştəri kimi əlaqə saxlanılıb və səs yazısı əldə edilib. Musa Musayev evlərin sənədsiz olduğunu bilə-bilə qaz çəkilişi üçün konum və məkan istədiyini etiraf edib və bildirmişdir ki:

    “Mənim üçün qorxulu heç nə yoxdur, onsuz da idarədə hamı bu işlə məşğuldur. Qanunsuz olsa da gizli deyil.”

    Faktlar Bakı Regional Qaz Satışı Departamentinin rəisi Zamin Mehrəliyev və Azəriqaz İB İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev tərəfindən məlumatlandırılıb, lakin hələ ictimai açıqlama verilməyib.

    Qanun isə açıqdır: sənədsiz evlərə qaz çəkilməsi qəti qadağandır. Qaz sayğacı ilə ev arasındakı məsafə texniki norma olaraq 100 metr olsa da, vətəndaşın sayğaca baxması üçün 300–400 metr yol qət etməsi praktiki əlçatanlığı çətinləşdirir və hüquqi baxımdan abonentin maraqlarına zidd ola bilər.

    İctimaiyyət gözləyir: kim qanunsuz qazlaşdırmadan məsul tutulacaq və nə vaxt araşdırma başlayacaq?

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.